Avstraliyalı aktrisa Keyt Blanşett qeyri-adi geyimlə ictimaiyyət qarşısına çıxıb.
Kriminal.Az xəbər verir ki, müvafiq fotoşəkilləri "Daily Mail" nəşr edib.
55 yaşlı məşhur baş rolda oynadığı "Disclaimer" serialını təqdim etmək üçün Toronto Beynəlxalq Film Festivalına qatılıb.
O, "Hodakova" brendindən klassik geyimlə festivala gəlib. Eyni zamanda, geyimin bel kəmərindən asılmış gümüş qaşıqlar diqqət çəkib.