kriminal.az
Ümumdünya Köçəri Oyunlarının bağlanışı tamaşaçılarsız keçiriləcək

Büdcə azlığı ilə əlaqədar Astanada təşkil olunan Ümumdünya Köçəri Oyunlarının bağlanış mərasimi protokol formatında, tamaşaçılarsız keçiriləcək.

Kriminal.Az xəbər verir ki, bu barədə yarışın təşkilatçıları məlumat yayıblar.

Qeyd edək ki, sentyabrın 8-dən 13-dək Qazaxıstanın paytaxtında təşkil olunan oyunlara 89 ölkədən 2 500-ə yaxın iştirakçı qatılıb. Oyunların bağlanış mərasimi sentyabrın 13-də keçiriləcək.

Xatırladaq ki, Ümumdünya Köçəri Oyunları beşinci dəfədir keçirilir. İlk yarışlar 2014-cü ildə Qırğızıstanda baş tutub.

Top
0.07399582862854