kriminal.az
Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyon 951.4 min dollar olan 860.7 ton dondurulmuş donuz əti idxal olunub.

Yeniavaz.com xəbər verir ki, idxal olunan donuz ətinin bir kiloqramının orta gömrük dəyəri 2.3 dollar (3.8 manat) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə builkindən daha az - 645.8 ton dondurulmuş donuz əti idxal edilib və 1 kiloqramının orta gömrük dəyəri dəyişməz qalıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda donuz ətinə olan tələbatın təxminən 5%-i yerli istehsal hesabına təmin olunur. Donuz ətinin böyük hissəsi xaricdən idxal olunur. Məsələn, ötən il ölkə ərazisində 10 min 737 ton donuz ətindən istifadə olunub və bunun 492 tonu ölkə daxilində istehsal edilib. Ötən il xaricdən 10 min tondan çox donuz əti gətirilib. İdxal olunan donuz əti qida məhsulu kimi istifadə olunmayıb, kolbasa və digər ət məhsullarının istehsalına yönəldilib.

Top
0.038864850997925