kriminal.az
İctimai Nəzarət Koalisiyasının 9 yaşı oldu... - MÜSAHİBƏ

 

Rasim Məmmədov: “Yenidən İctimai Nəzarət Koalisiyasının fəaliyyətini bərpa edirik”

“İnanıram ki, təşkilatımız yenidən öz nüfuzunu bərpa edəcək və ədalətli, vicdanlı insanların dəstəyi ilə biz öz yolumuza davam edəcəyik”

Hazırda fəaliyyətini davam etdirən İctimai Nəzarət Koalisiyasının 9 yaşı tamam oldu. Müsahibimiz İctimai Nəzarət Koalisiyasının rəhbəri Rasim Məmmədovdur.

- Bu təşkilat necə yarandı? 

- Bildirmək istəyirəm ki, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi 1996-cı ildə Xalq şairi, “Şöhrət” ordenli Söhrab Tahir tərəfindən təsis edilib.  Mənim tərəfimdən isə 2003-cü ildə isə Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi təsis edildi, bu təşkilat 2005-ci ildə qeydiyyatdan keçdi. 2003-cü ildən 2005-ci ilə qədər Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü, İdarə Heyətinin üzvü, vitse-prezidenti vəzifəsinə qalxandan sonra 2005-ci ildə Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi birgə əməkdaşlıq protokolu imzalayaraq  Azərbaycan mədənbiyyətinin təbliği ilə məşğul olmuşuq. 2015-ci ilə qədər hər iki təşkilat birlikdə xarici ölkələrdə Azərbaycan həqiqətlərini dünyaya   yamaqla, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği, inkişafı və qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirdik.

- Bu tədbirləri hansı  ölkələrdə keçirmisiniz?

- Rusiyada, Türkiyədə, Başqırdıstanda və sair.

- Bəs İctimai Nəzarət Koalisiyası necə yarandı, onun yaranması hansı zərurətdən irəli gəldi? 

-  2015-ci ildə ölkə Prezidentinin ictimai nəzarətlə bağlı çıxışı oldu və ictimai nəzarətin vacibliyini vurğuladı. Prezident hər bir vətəndaşın ictiami nəzarət funksiyasını yerinə yetirməli olduğunu tövsiyyə etdi. Biz Prezidentin o çağrışına qoşulan ilk QHT rəhbərlərindən olduq. Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin bazasında   cənab Prezidentin ictimai nəzarət konsepsiyasını rəhbər tutaraq ictaimi nəzarət platformasını yaratdıq. Bu təşəbbüsə bir çox təşkilatlar qoşulduğu üçün biz bu təşkilata İctimai Nəzarət Koalisiyası adını verdik.

- Koalisiyada neçə təşkilat təmsil olunuru?

- Yeni yaranan vaxt özündə 6-7 təşkilatı birləşdirirdi, amma sonradan təşkilatların sayı artmağa başladı. 2020-ci ildə artıq yüzdən çox təsisat, KİV-lər, QHT-lər, cəmiyyətlər bizim ətrafımızda birləşdilər, biz ictimai nəzarət platformasını həyata keçirdik.

Bu gün artıq 9 ildir ki, İctimai Nəzarət Koalisiyası fəaliyyət göstərir. Məlum səbəblərdən iki il müddətində ictami nəzarət təsisatının fəaliyyəti bir az zəiflədi, bu dövrdə Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi fəaliyyət göstərdi. Artıq biz 2024-cü ilin 1 oktyabr tarixindən çətinlikləri, nöqsanları geridə qoyaraq, unudaraq yenidən İctimai Nəzarət Koalisiyasının fəaliyyətini bərpa edirik.

- Koalisiya tərəfindən ötən müddət ərzində hansı işləri görülüb? 

- İctimai Nəzarət Koalisiyası bir çox işlər görüb.   Türkiyənin Kahramanmaraş şəhərində Xocalı soyqırımı parkının yaradılması üçün 1 hektara yaxın yer ayrılması ilə bağlı Böyük şəhər bələdiyyə başqanı Mehmet Erkoça müraciətimizə müsbət cavab verdi. O parkın yaradılmasında, “Ana fəryadı” abidəsinin ucaldılmasında, onun abadlaşdırılmasında, açılışında iştirakımız   oldu. Kayseridə Ərziyəz Universitetinin təşəbbüsü və  Heydər Əliyev Fondunun dəstəyi, xətti ilə həyata keçirilən böyük bir layihədə iştirakımız olub.  Parkın açlışında Rusiya, Türkiyə parlament nümayəndələri ilə birgə iştirak etmişik. 2016-cı cənab Prezidentin təşəbbüsü ilə parlamnetdə ictrimai nəzarət qanunlarının faəliyyət istiqamətləri ilə bağlı aparıcı QHT rəhbərləri, milət vəkilləri, diplomatik korpusların nümayəndələri ilə birlikdə müzakirələrdə iştirak etmişik. 2017-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində Dünya Azərbaycanlılarının İntellektuallarının formunu keçirmişik. Həmin forumda Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq yazıçısı, dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti Çingiz Abdullayevin, Başqırdıstan Dövlət Universitetinin Tələbə Qəbulu Komissiyasının sədri, professor Valeh Abbasovun, Rusiyanın diplomatik korpusunun nümayəndələrin, Rusiyada yaşayan azərbaycanlı və qeyri-azərbaycanlıların təmsilçilərinin iştirakı ilə böyük bir tədbir keçirdik. Sonradan  İstanbulda, Kayseridə, Kahramanmaraşda silsilə tədbirlər təşkil etdik. Nəzərinizə onu çatdırmaq istəyirəm ki, təşkilatımızın ən uğurlu layihələrindən biri də “İlham Əliyev siyasətində ictimai nəzarət fələsfəsi” kitabıdır. 2018, 2019-cu illər ərəfəsində   bu kitabı ərsəyə gətirmişdi. Bu kitab 2020-ci ildə  fəaliyyətimizin 5 illiyində  barəmizdə qısa bir arayış kimi ictimaiyyətə təqdim etmişik. Kitabın təqdimatı 2020-ci ildə pandemiyanın ən ağır vaxtlarında parlamnet üzvlərinin, xalq ayazıçılarının, xalq şairlərinin, xalq artistlərinin, tanınmış ictimai xadimlərin iştirakı ilə baş tutdu. Tədbirdə Flora Xəlilzadə, Çingiz Abdullayev, Eldost Bayram, Vaqif Əlixanlı və digər tanınmış şəxslərin iştirakı, dövlət televizyasının informasiya dəstəyi ilə geniş ictimaiyyətə təqdim edilib. Bizim təşkilatımız ordumuzun şücaəti, Müzəffər Ali Baş Komandanımızın “Dəmir tyumruğu” ilə əldə edilmiş möhtəşəm zəfərin təbliği ilə bağlı 2021-ci ildə isə “Dəmir yumruq” xalça təqdimatını edib.

Bundan sonrakı dövrlərdə biz ölkənin ictimai həyatında faəl iştirak etmişik, öz gücümüzü, imkanlarımızı səfərbər etmişik. Ən əsası odur ki, ölkədə mövcud olmuş məmur xofundan insanları azad etmişik. Bir vətəndaş, bir təşkilat rəhbəri olaraq əlbəttə, bilirdik ki, ölkə Prezidentinin çağrışını həyata keçirmək üçün çoxlu  rüşvətxorlarla, xalqın əqidəsinin, iradəsinin əleyhinə gedən bəzi məmurlarla üzbə-üz gələcəyik, onlar bizə “sağ ol” deməyəcək, əksinə bizə düşmən də kəsiləcək, şər də, böhtan da atacaqlar, bu yolda bizi çətinliklər də gözləyəcək. Ona görə də, bunların hamsını kənara qoyub öz həyatımızı risqə ataraq, özümüzü düşünmədən gələcək nəsilin xoşbəxt yaşaması, cəmiyyətin daha da formalaşması, vətəndaş məmnunluğunun artırılması üçün biz həmişə kasıb, imkansız təbəqənin yanında olmuşuq. Beləliklə də artıq 9 illiyimiz tamam olub.  İnanıram ki, gələn il 10 illiyimizi silsilə tədbirlərlə geniş şəkildə qeyd edəcəyik.

- Yəqin ki, fəaliyyətinizi dövlətin yeni hədəflərinə uyğun quracaqsınız...

- Əlbəttə, ölkə başçısının bütün çıxışlarında, görüşlərində, bəyanatlarında verdiyi mesajlar bizim üçün yeni hədəfdir. Yadınızdadırsa, cənab Prezident çıxışlarından birində belə bir fikir söyləmişdi: “   Prezident seçiləndə mənim 41 yaşım var idi və təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik”.  Prezident tamamilə haqlıdır. Çünki dünyanın ikili standartları, ədalətsiz möveqelər, Azərbaycana qarşı həyata kerçirilən məkrli siyasətlər mövcuddur. Biz o ədaləti 2020-ci ilin sentyabr ayının 27-də başlanan və 8 noyabrda başa çatan Zəfər yürüşü nəticəsində bərpa etdik. Bu qələbə ilə həqiqətən də ədaləti bərpa etdik və dünyaya da ədalətin nə olduğunu sübut etdik. Bu fikirlər cənab Prezidenti çıxışlarına söykənir. Biz də Prezidentin bu çıxışlarını, bəyanatlarını dəstəkləyirik. Fikirləşirik ki, bizim də bu çətin və şərəfli yolda gördüyümüz işlərlə bağlı nə vaxtsa ədaləti bərqarar edəcəyik. Gələcəkdə biz olmasaq da övladlarımız bu yutub kanallarında, sosial mediada, sosial platformada bizim gördüyümüz işləri əks etdirən məlumatlarla, video görüntülərlə tanış olacaqlar. Bu işlər bu gün qəbul olunmasa da, gələcəkdə qəbul olunan olacaq. Çünki bizim yolumuz haqq-ədalət yolu, cənab Prezidentin çağrışını əlimizdə bayraq tutaraq insanlıarda, vətəndaşlarda məmur xofunu azaltmaq olub, insanların haqq sözünü söyləməsi üçün onlara bir ip ucu vermişik və yol göstərmişik. Ona görə də inanıram ki, biz də nə vaxtsa öz ədalətimizi bərpa edəcəyik.

- Təşkilatınıza kimlər gəlib?

- Təşkilatımız yaranan gündən dünyanın nüfuzlu insanlarının   təşkilatımıza gəlişi təmin olunub. Dünya Kosmik Tədqiqatlar Bürosunun akademiki Ronald  Savdeyevin təşkilatımıza gəlməsi, Türkiyə parlamentarisi, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrımın dəfələrlə burada olması, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özaralın dəfələrlə tədbirlərimizdə iştirakı, Kahramanmaraş Böyük şəhər bələdiyyəsinin başqanı Mehmet Erkoçun nümayəndə heyəti ilə bizim təşkilatın qonağı olması, Kaysderidəki Sütçü İmam Universitetinin rektoru Durmuş Dəvəçi öz kollektivi ilə təşkilatımıza gəlməsi, hətta Dünya Azərbaycanlıları Mədəniyyət Mərekəzinin Qurultayına dəvət almasını qeyd edə bilərəm. Eyni zamanda tanınmış elm, mədəniyyət xadimlərinin tədbirlərinin də iştirakı vurğulanmalıdır.  Adını qeyd etdiyim kitabları vərəqləyərkən Azərbaycan parlamentinin sabiq vitse-spikeri Fəzail İbrahimlinin,  Çingiz Abdullayevin, “Şöhrət” və “Şərəf” ordenli professor Mənsum İbraimovun, “Şöhrət” ordenli, xalq artisti, professor Ramiz Quliyevin, xalq artisti Flora Kərimovanın, Əməkdar jurnalist Flora Xəlilzadənin, Xalq artisti Eldost Bayramın, millət vəkili Elman Nəsirovun və başqa nüfuzlu şəxslərin təşkilatımızın fəaliyyəti, gördüyü işlər barədə söylədikləri fikirlərə nəzər salanda qarşılaşdığımız hadisələrdən heç də barışa bilmirik. Ona görə də inanıram ki, təşkilatımız yenidən öz nüfuzunu bərpa edəcək və ədalətli, vicdanlı insanların dəstəyi ilə biz öz yolumuza davam edəcəyik.

İradə SARIYEVA baki-xeber.com

Top
0.080153942108154