ABŞ-nin Florida ştatının hökumət qurumları "Milton" qasırğasının yaxınlaşması ilə əlaqədar ştatın 5,5 milyondan çox sakininə evlərini tərk etməyi və təxliyə olunmağı tövsiyə edib.
Kriminal.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat verib.
Nəşr qeyd edib ki, bu təxliyə ştatın tarixində ən böyük evakuasiyalardan biri ola bilər.
Hakimiyyət vətəndaşlara ən yaxın sığınacaqlara getməyi məsləhət bilib.