ABŞ-də insan alveri, cinsi təcavüz və seks toplantılarının təşkili ittihamları ilə həbs edilən məşhur reper P.Diddi (əsl adı Şon Kombs) nəzarət altında olsa belə, musiqi sənayesində bir çoxları arasında qorxu yaratmağa davam edir.
Bu barədə Kriminal.Az "Daily Mail"ə istinadən xəbər verir.
"O, inanılmaz dərəcədə ağıllıdır, geniş əlaqələrə malikdir və bir çoxlarına kömək edib, ona görə də bir çox insan özünü Diddinin qarşısında borclu hiss edir. O bunu çox yaxşı başa düşür", - deyə nəşrin mənbəsi reper haqqında bildirib.
Qeyd edək ki, Diddini ömürlük həbs cəzası gözləyir. O, ittihamları rədd edir və girov qarşılığında azadlığa çıxmağa çalışır, lakin hələ də həbsdə qalmağa davam edir. Sosial şəbəkələrin Qərb seqmentində Diddinin əslində qaçdığına dair versiyalar da geniş vüsət alır.
Arqumentlər arasında musiqiçinin həbsindən sonra çəkilmiş fotoşəkili də var. Foto P.Diddinin digər fotoları ilə müqayisə edildikdə, ümumi oxşarlığa baxmayaraq, gözlərin fərqli quruluşu və tamamilə fərqli üz formalarını dərhal görmək mümkündür. İkinci arqument isə odur ki, musiqiçinin şəxsi təyyarəsi bir neçə gün əvvəl Yeni Zelandiyada görünüb. Bu təyyarənin gəlişini "Flight Radar" məlumatları da təsdiqləyir.