İsrail Müdafiə Ordusu (SAXAL) İordan çayının qərb sahilindəki Tulkarm şəhərində Fələstinin radikal "İslami cihad" qruplaşmasının liderini məhv edib.
Kriminal.Az-ın məlumatına görə, bu barədə ordunun "Telegram" kanalında xəbər verilib.
"SAXAL və İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) birgə antiterror əməliyyatları zamanı İsrail Hərbi Hava Qüvvələrinin təyyarəsi Tulkarma zərbə endirib və "İslami cihad" terror şəbəkəsinin rəhbəri Muhəmməd Abdullahı məhv edib", - deyə məlumatda bildirilir.
Hava zərbəsi Nur-Şəms qaçqın düşərgəsinə endirilib.
O da vurğulanır ki, Tulkarmda "İslami cihad"ın rəhbəri Muhəmməd Cabberin (Əbu Şucaa) varisi olan Abdullah son aylarda regionda təşkilatın fəaliyyətinə cavabdeh idi. Bundan əlavə, onun özü çoxsaylı terror aktlarında iştirak edib.