Hindistanın şimalındakı Marçula şəhəri (Uttarakxand ştatı) yaxınlığında avtobus dərəyə uçub.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə "The Times of India" rayonun təbii fəlakətlərin idarə olunması üzrə məsul əməkdaşına istinadən məlumat verib.
Məlumata görə, qəza nəticəsində azı 36 nəfər ölüb, 10 nəfər yaralanıb.
Avtobusun sürücüsü dağ yolunun çətin hissəsində idarəetməni itirib və avtomobil təxminən 200 metr hündürlükdən uçuruma yuvarlanıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Azı beş nəfər hələ də itkin düşmüş sayılır.
Hadisə yerində xilasetmə işləri davam edir.