Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubu ötən mövsüm ona Asiya Çempionlar Liqasını qazandıran məşqçi ilə yollarını ayırıb.
Kriminal.Az xəbər verir ki, Ernan Krespo artıq ötən mövsüm Asiya Çempionlar Liqasının qalibi olduğu "Əl-Əyn"in baş məşqçisi deyil.
Sabiq argentinalı hücumçunun qovulmasına səbəb klubun çıxışındakı son 7 matçda 5 məğlubiyyət və bir heç-heçə etməsi olub.
Qeyd edək ki, Asiya Çempionlar Liqasının qrup mərhələsində Stefan Piolinin baş məşqçisi olduğu "Ən-Nəsr"ə biabırçı (1:5) məğlubiyyəti "Əl-Əyn" klubunun rəhbərliyinin səbir kasasını daşıran son damla olub.