kriminal.az
COP29 Bakıda davam edir: Yeni iqtisadi hədəflər müzakirə olunur

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) səkkizinci günündə müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirləri davam edir.

Kriminal.Az-ın verdiyi məlumata görə, "Haber Global" bununla bağlı süjet hazırlayıb.

Bildirilir ki, sammitin əsas gündəm maddələrindən biri yeni maliyyə yardımı hədəflərinin müəyyənləşdirilməsidir.

"Rio-de-Janeyroda (Braziliya) keçirilən G20 görüşü üçün də dünya liderlərindən iqlim böhranı mövzusunu əsas gündəm maddəsi etmələri tələb olunub. Bu mövzu artıq bütün qlobal görüşlərdə əsas müzakirə predmetinə çevrilməlidir. Lazım olan iqtisadi yardımın həcmi artıq çox böyük rəqəmlərə çatıb. Hər il itirilən vaxtla bu rəqəmlər daha da artır. Hazırda illik 1.1 trilyon dollar vəsait tələb olunur ki, bu da əvvəlki illərlə müqayisədə 10 dəfə çoxdur", - deyə süjetdə vurğulanıb.

O da qeyd olunub ki, iqtisadi yardım mövzusunda hələ konkret qərarlar qəbul edilməyib və COP29-da bu barədə narazılıqlar səslənir.

"İştirakçılar ümid edirlər ki, sammit başa çatana qədər bu istiqamətdə irəliləyişlər əldə olunacaq", - deyə müəllif bildirib.

Ətraflı süjetdə:

Top
0.07295298576355