kriminal.az
La Liqa:

İspaniya çempionatının 15-ci turunda lider "Barselona" aşağı pillələrdə qərarlaşan "Las Palmas"la üz-üzə gəlib.

Kriminal.Az xəbər verir ki, Kataloniyada baş tutan matç gözlənilmədən qonaqların qələbəsi ilə başa çatıb.

Matçda əsas hadisələr ikinci hissədə cərəyan edib. Hesabı 49-cu dəqiqədə "Las Palmas"ın yarımmüdafiəçisi Sandro Ramires açıb. 61-ci dəqiqədə "Barselona" Rafinyanın qolu sayəsində hesabı bərabərləşdirib. 67-ci dəqiqədə qonaqlar Fabio Silvanın qolu ilə yenidən hesabda önə keçiblər - 1:2.

Beləliklə də, hazırda "Barselona" 15 matçdan 34 xal toplayıb və birinci yerdədir. "Las Palmas" isə turnir cədvəlinin 14-cü pilləsində yer alıb.

Top
0.058710813522339