Yaponiyanın baş naziri Şiqeru İşibanın avtomobili hökumət başçısını qoruyan xüsusi polis maşınına çırpılıb.
Kriminal.Az Kyodo agentliyinə istinadən xəbər verir ki, İşiba xəsarət almayıb.
Baş nazirin avtomobili Tottoridə işıqforun qırmızı işığında dayanarkən təhlükəsizlik maşınına çırpılıb.
Hadisə baş nazirin korteji hava limanına gedərkən baş verib.
Bir gün əvvəl Tottoridə hökumət başçısının hakim Liberal Demokrat Partiyasının fəalları, yerli sakinlərlə görüşü keçirilib.
İşiba Tokioda anadan olub, lakin uşaqlığını və gəncliyini Tottoridə keçirib.