kriminal.az
Cəbrayıl sakini:

"31 il əvvəl Cəbrayıldan həyat yoldaşımla birgə qaçqın düşmüşdük. Həyat yoldaşım rəhmətə gedib, oğlum, gəlinim və nəvəmlə Cəbrayıla geri qayıdırıq".

Bunu Kriminal.Az-a açıqlamasında Cəbrayıl sakini Pəri Xudiyeva deyib.

O bildirib ki, qalan ömrünü Cəbrayılda davam etdirmək niyyətindədir:

"Bu illər ərzində həmişə yurdumuza geri qayıdacağımıza ümid etmişəm. Heç vaxt ümidimizi itirməmişik. Allah bu günü bizə yaşadan prezidentimizdən razı olsun, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Allah bu günü həsrətində olan hər kəsə nəsib etsin".

Xatırladaq ki, bu gün daha 34 ailə Cəbrayıl şəhərinə yola salınır.

Mərahim Nəsib

Top
0.051927089691162