ABŞ Prezidenti Cozef Bayden iki məhkəmə işi üzrə oğlu Hanteri əfv etmək qərarına gəlib.
Kriminal.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Baydenin bəyanatında deyilir:
"Bu gün mən oğlum Hanter üçün əfv imzaladım".
ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli bilinib.