Son vaxtlar respublikamızda böyük bir şəbəkə kənd təsərrüfatı məhsullarını ölkədən çıxardaraq, milyardlarla dövlət büdcəsinə zərərlər vurulub və demək olar ki, həmin şəbəkənin bir çox üzvü hal-hazırda Bakı Istintaq təcridxanasında dörd ay müddətində həbs qəti imkan tədbirləri seçilərək barələrində istintaq araşdırmaları aparılır. Nəzərə alsaq ki, kənd təsərrüfatı məhsullarının maya dəyəri 24 tonluq, bir maşının maya dəyəri 15-25 min manat olduğu halda, əlvan metal məhsullarının 24 tonluq bir maşının qiyməti 250-300 min manat arası imis. Latun, bronza, nixron, titan məhsulları ölkədən çıxarılan böyük şəbəkələrdir ki, uzun illər Azərbaycandan xaricə – Rusiya, Almaniya, Türkiyə, İran və digər ölkələrə əlvan məhsullar tədarük etmişlər və onların pulunu dövlət bankları ilə yox, “çekanka” qaydasında, yəni qara yollarla dövlət qeydiyyatından keçmədən əldə edib, külli miqdarda dövlət büdcəsinə zərərlər vururlar. Belə şirkətlərdən “Azmetal” MMC uzun illərdi ki, qurğuşun, latun, bronza, mis məhsullarını, hər ay (2015-ci ildən, hətta ondan əvvəllər də) 4-5 maşın, yəni 100-120 tonn çəkidə mis, 100-110 ton miqdarında latun, bronza, 200-300 ton civarında da qurğuşun külçələri istehsal edərək, primitiv və kustar yollarla Azərbaycanda, həm Sumqayıt şəhərində eko, demək olar ki, fəlakət törədərək, toksik maddələri göyə uçurdaraq, böyük bir ekoloji terror edərək bu məhsulları istehsal edir, xaricə göndərir və onun da pulları qara yollarla Azərbaycana gətirilir. Beləliklə, onlar həm dövlət vergisindən, həm bank kompensasiyasını ödəməkdən yayınaraq dövlət büdcəsinə külli miqdarda zərərlər vurmuşlar.
Bu kimi bir neçə şirkət- etibarlı mənbələrdən aldığımız məlumata görə, Azmetal MMC , “Türk-Azmetal” və digər bir neçə MMC yuxarıda göstərdiyimiz qeyri-qanuni fəaliyyətlərlə məşğul olublar və Azərbaycan Dövlət büdcəsinə zərərlər vurmuşlar.
Eyni zamanda ölkədə bu şirkətlərin bəziləri ölkə başçısının dəfələrlə dilə gətirdiyi Qarabağda, Kəlbəcərdə və Zəngəzurda qızıl yataqlarını istismar edən Almaniyanın Kronimet” şirkəti- Azərbaycan dövlətinə düşmən olan şirkətlə də əlaqələr qurublar. Etibarlı mənbənin bildirdiyinə görə, hətta Azərbaycan Respublikasında fəaliyyət göstərən bir çox əlvan metalların tədarükü, emalı, satışı ilə məşğul olan şirkətlərin Kronimet” şirkətinə göndərdiyi məhsulların bir çoxu Ermənistana satılaraq Azərbaycan Dövlətciliyi üçün təhlükə yaratmışlar. Yəni, Azərbaycandan ixrac olunan qurğuşun məhsulları və digər məhsullar strateji obyektlərdə istifadə olunan, müharibə vaxtı Azərbaycan əleyhinə istifadə olunan, xüsusi üsullarla hazırlanaraq Azərbaycanımıza müharibə dövründə böyük təpki və təzyiq göstərmişdilər. Xüsusilə qeyd etmək lazımdır ki, “AzMetal MMC” 3 il ərzində 4-5 şirkət yaradaraq əməliyyatlarını həyata keçirmiş və sonra həmin şirkətlərin fəaliyyətinin dayandırmışdır. Öz fəaliyyətini davam etdirən “AzMetal MMC” -nin rəhbəri Ramiz Hüseynov 2023-cü ildə Ekologiya Nazirliyi tərəfindən Sumqayıt şəhərinin İnşaatçılar prospektindəl yerləşən metal əritmə sexində bioloji təhlükəli faktlarla faktların araşdırılması nəticəsində bir neçə ay ərzində müəssisə bağlanmış, təhlükəli zona elan olunmuşdur. Bir neçə ay ərzində orada aparılan monitorinq nəticəsində də aparılan məlumatlara görə orada çox təhlükəli maddələrin ərdilməsi və bunun ətraf mühitə böyük bir zərər verməsi müəyyən olunmuşdur.
Və ən dəhşətlisi də odur ki, bir müddət sonra həmin müəssisə yenidən fəaliyyətə başlamışdır.
Xüsusilə vurğulayaq ki, “AzMetal MMC” Gürcüstan əsili rəhbəri Ramiz Hüseynovun rəhbərliyi ilə əridilən əlvan metal məhsulları yüksək radiasiyalı olduğu üçün həmin ərazi yüksək radiasiya zonası elan olunmuşdur.
Orada istehsal olunan məhsullar isə bir çox avtomobillərdə və strateji məkanlarda istifadə olunan akumlyator məhsullarının ərintisi ən yüksək radiasiya yaradır, həmçinin ətraf mühitdə böyük təhlükə törədir.
İllər boyu bu fəaliyyətə söz yumulması, eyni zamanda onun “Kronimet” şirkəti ilə sıx əlaqəsi bu təhlükənin əsas səbəblərindəndir.
Azərbaycan dövlətinin büdcəsinə yüz milyardlarla dollar zərər vurulmuş, eyni zamanda ölkəmizə düşmən təzyiqində rolu olmuş zalım cinayətkar, xalqını təhlükə altında qoyan, onun sərvətinə, ruzisinə yiyələnən şəxslərin ağır cəzalandırılmasını tələb edirik. Ölkə prezidentinin ölkədə baş verən qanunsuzluqlara və cinayətkarlığa qarşı apardığı kəskin mübarizədə bu da ən mühümüdür. Bu cinayətkarların əlindən alınacaq ölkə neməti dövlət büdcəsinə daxil olaraq əhaliyə çatdırılacaq. Biz buna inanırıq! Hələ də ölkədə hökm sürən bir çox cinayətkar qrupların fəaliyyətinə tezliklə son qoyulacağına da…
(Şirkət sahibləri və alıcılarının maşınları)