Türkiyədə sosial media fenomeni kimi tanınan məşhur bloqer Kerimcan Durmaz saxlanılıb.
Kriminal.Az-ın məlumatına görə, bu barədə ntv.com.tr xəbər verib.
Bildirilib ki, Durmaz qanunsuz qumar oyunları ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. İddiaya görə, Durmaz mərc saytının reklamı üçün təşkil edilən konsertdə DJ (dicey) kimi səhnədə çıxış edib.
Xatırladaq ki, 2024-cü ilin noyabrında məşhur musiqiçi Serdar Ortaç və Mehmet Ali Erbil də oxşar araşdırma çərçivəsində saxlanılmışdılar. Mehmet Ali Erbilə həftədə bir dəfə məhkəmə nəzarəti qaydasında müəyyən edilib. Prokuror Serdar Ortaç üçün üç ilə qədər . Ortaçın vəkilləri prokurorun rəyinə qarşı müdafiə üçün əlavə vaxt istəyiblər. Növbəti iclas 2025-ci il fevralın 25-nə təyin olunub.