kriminal.az
Olavio Juninyo

"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Flamenqo" ilə müqavilə imzalamaq üçün Braziliyaya yollanıb.

Kriminal.Az xəbər verir ki, bunu Rio-de-Janeyro təmsilçisinin futbol direktoru Joze Boto açıqlayıb.

O bildirib ki, 28 yaşlı hücumçunun keçidi ilə bağlı razılıq əldə olunub:

"Juninyo yalnız tibbi müayinədən keçdikdən və müqavilə imzaladıqdan sonra bizim futbolçu olacaq. Bu isə hələ baş verməyib".

Klub rəsmisi qeyd edib ki, Juninyo bu gün Rio-de-Janeyroda olacaq. O, tibbi müayinədən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, "Flamenqo" hazırda ABŞ-da təlim-məşq toplanışındadır. Juninyo müqavilə imzaladıqdan sonra komandanın düşərgəsinə yollanmalıdır.

Top
0.043214082717896