Kaliforniyadakı hazırda həbsdə olan məşhur reper P.Diddinin (həmçinin Puff Daddy, Şon Kombs) əli ola bilər.
Kriminal.Az-ın "Radar Online"a istinadla verdiyi məlumata görə, bu barədə amerikalı sabiq məmur Ketrin Ostin Fitts bəyan edib.
O hesab edir ki, Kombs sübutları gizlətmək üçün yanğını təşkil edə bilər. Fitts öz nəzəriyyəsinin sübutu kimi P.Diddinin məşhur dostlarının əmlakının faciədən zərər çəkmədiyini göstərib. Belə ki, Diddinin məclislərinin iştirakçıları olan Jay Z, Beyonse, Cennifer Lopes, Eşton Kuçer, Leonardo Di Kaprio və başqalarının Los-Ancelesdəki evləri salamat qalıb.
Keçmiş məmur insanların öz cinayətlərini gizlətmək üçün necə dəhşətli hadisələr törətdiklərinin şahidi olduğunu vurğulayıb. O, rep ifaçısının meşə yanğınları ilə əlaqəsi olduğu sübut olunarsa, bundan təəccüblənməyəcəyini bildirib.
Yeri gəlmişkən, sosial şəbəkələrdə də yanğında P.Diddinin əli ola biləcəyi barədə müzakirələr gedir.
Xatırladaq ki, 2024-cü ilin sentyabrın 17-də Diddi cinsi istismar məqsədilə insan alveri, cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə . Polis onun evində seks oyuncaqları dəstləri, minlərlə uşaq yağı şüşəsi və qeydiyyatsız odlu silah aşkar edib. Əgər reket məqsədilə sövdələşmədə təqsirli bilinərsə, P.Diddi ömürlük həbs cəzası ala bilər, digər ittihamlar da uzunmüddətli həbs cəzası nəzərdə tutur. Məhkəmə Nyu-Yorkda cari ilin mayın 5-nə təyin edilib.
Bundan əvvəl xəbər verilmişdi ki, evlərin orta qiymətinin üç milyon dollar olduğu Pasifik-Poliseyds rayonunda azı 170 milyon dollardan çox dəyəri olan evləri yanıb.