kriminal.az
Sakinlərin NƏZƏRİNƏ!: Bəzi ərazilərdə işıq olmayacaq

Yanvarın 15-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Qeyd edilən tarixdə 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyadan qidalanan 10 kV-luq 5 saylı hava xəttində, "Cəlilabad" 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 110 kV-luq 2-ci Masallı hava xətti və 110 kV-luq Cəlilabad hava xəttində eyni vaxtda təmir işləri aparılacaq.

Bu səbəblə saat 10:00-dan 14:00-dək Lənkəran rayonu Şilavar, Digah kəndlərində, Kürə ərazisində və saat 10:00-dan 12:00-dək Cəlilabad şəhəri və rayonunda, Biləsuvar rayonu Əmənkənd ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.

Top
0.049223899841309