kriminal.az

"Neftçi" yaponiyalı futbolçu Ryonosuke Ohorini transfer edib.

Kriminal.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "ağ-qaralar"ın heyətində 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə "5 ay + 2 il" şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın "Sanfreççe" klubunun akademiyasında başlayıb. Sonuncu klubu "Transinvest"in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə seçilir.

Top
0.044306993484497