İtaliya A Seriyasının 20-ci turunun mərkəzi qarşılaşmasında "Atalanta" "Yuventus"u qəbul edib.
Kriminal.Az xəbər verir ki, çempionluğa iddialı iki komanda arasındakı matç heç-heçə başa çatıb.
Tərəflərin hərəyə bir qol vurduğu qarşılaşmada qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1.
Hazırda "Atalanta" 43 xalla turnir cədvəlində ilk üçlüyü qapayır, "qoca sinyora" isə 34 xalla 5-ci pillədə qərar tutub.