kriminal.az
Azərbaycanın olimpiya mükafatçılarının medalları geri qaytarıla bilər

"Qaşım Maqomedovla yanaşı, Paris-2024-də iştirak edən digər idmançılarımızın da medalları qaytarıla bilər".

Bunu Kriminal.Az-a açıqlamasında Milli Olimpiya Komitəsinin Mətbuat Xidmətinin rəisi Murad Fərzəliyev deyib.

"Hazırda Qaşımın medalında deformasiya aşkarlanıb. Digər yeddi mükafatçımızın da medallarına nəzər yetiriləcək, əgər hansısa bir deformasiya aşkar edilərsə, medalların geri qaytarılması üçün rəsmi müraciət ünvanlayacağıq. Beynəlxalq Olimpiya Komitəsi müraciəti təsdiqlədikdən sonra medallar yenisi ilə əvəz olunacaq", - deyə M.Fərzəliyev bildirib.

O əlavə edib ki, medalların qaytarılması və əvəzlənməsi proseduru uzun müddət çəkə bilər.

"2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançımız Qaşım Maqomedovun gümüş medalı keyfiyyətsiz olduğu üçün təşkilat komitəsinə qaytarılacaq".

Bunu Kriminal.Az-a açıqlamasında Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov deyib.

"Paris Yay Olimpiya Oyunlarının mükafatçısı Qaşım Maqomedovun medalında aşınmalar aşkarlanıb. Digər idmançıların da medallarına baxılacaq, problem aşkarlanacağı təqdirdə onlar da geri qaytarılacaq", - deyə A.Bağırov bildirib.

Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançılar 100-dən çox medalı istehsalın keyfiyyətsizliyi ilə bağlı şikayətlərlə təşkilat komitəsinə . İlk şikayətlərdən sonra təşkilat komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib. Lakin mükafatların kütləvi şəkildə qaytarılması fonunda medalların hazırlandığı Paris Zərbxanasının direktoru Mark Şvarts istehsalat şöbəsinin üç rəhbərini işdən çıxarmaq qərarına gəlib.

Anar Həsənov

Top
0.047756910324097