Bakıda "Ankara Məktəbi" məktəb-liseyində sanitar qovşağın qapısının olmaması ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Kriminal.Az xəbər verir ki, valideynlər övladlarının mövcud vəziyyətdən əziyyət çəkdiklərini bildiriblər.
Məsələ ilə bağlı Kriminal.Az-ın sorğusuna cavab olaraq məktəb-liseydən bildirilib ki, liseyin sanitar qovşağı ilə bağlı məsələ nəzarətə götürülüb.
"Qısa müddətdə qapıların qoyulması təmin olunacaq", - deyə bildirilib.