kriminal.az
Kif basmış məhsulların hansı xəstəliyi yaratdığı açıqlandı

Çoxumuz qida məhsullarında kiflə rastlaşmışıq. Amma bilirsinizmi ki, belə məhsulların istehlakı sağlamlıq üçün ciddi təhlükə yarada bilər? Kif göbələkləri tərəfindən istehsal edilən mikotoksinlər kanserogen təsirlə əlaqələndirilir və insan və heyvanlarda xərçəngin inkişafına səbəb ola bilər.

Kriminal.Az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı infeksionist Vladimir Neronov xəbərdarlıq edib.

Onun sözlərinə görə, ən məşhur mikotoksin - "Aspergillus flavus" və "Aspergillus parasiticus" göbələkləri tərəfindən istehsal edilən aflatoksindir və insan üçün kanserogen kimi tanınır.

"Onun təsiri, xüsusilə meyilliliyi olan və ya hepatit virusu olan insanlarda qaraciyər xərçənginə səbəb ola bilər", - deyə o, xəbərdarlıq edib.

Həkim digər mikotoksin - xarab olmuş almalarda tapılan patulinin də potensial kanserogen aktivliyə malik olduğunu qeyd edib.

"Kanserogen təsirdən əlavə, mikotoksinlər zəhərlənməyə, qaraciyər zədələnməsinə, böyrək funksiyasının pozulmasına və immunitetin zəifləməsinə səbəb ola bilər. Kif sporları allergik reaksiyalara səbəb ola bilər, bəzi kif növləri isə zəif immuniteti olan insanlarda infeksiyalara yol aça bilər. Bundan əlavə, mikotoksinlərin yüksək səviyyəsini ehtiva edən məhsulların uzunmüddətli istehlakı DNT-yə zərər verə və nəticədə müxtəlif onkoloji xəstəliklərin inkişaf riskini artıra bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.

Həkim bu amilləri nəzərə alaraq, görünən kif olan məhsulları, xüsusilə nəm məhsulları atmağı tövsiyə edib.

Top
0.04552698135376