"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan bir nəfərinin vəziyyəti ağırdır".
Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16 yanvar saat 20:40-da üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Onlardan bir nəfər qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, müştərək travmatik sınıqlar diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Müxtəlif bədən xəsarətləri alan iki nəfərə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib, vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Sumqayıt şəhərində, Sülh küçəsində "Hyundai" və KIA markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verən iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
Əzizə İsmayılova