kriminal.az
Azərbaycanda nikahların sayı azalıb

Ötən ilin 11 ayında Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı dəyişməyib.

Kriminal.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 146 nikah və 19 597 boşanma halları qeydə alınıb.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Top
0.045886993408203