kriminal.az
Türkiyə Liqasında çıxış edən Azərbaycan millisinin hücumçusunun transfer dəyərində eniş yaşanıb

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyə birinci liqasının ən bahalı iki futbolçusundan biridir.

Kriminal.Az xəbər verir ki, liqanın oyunçu transfer qiymətlərinin yanvar ayı yenilənməsindən sonra "Ankaragücü"nün hücumçusu 100.000 avro dəyər itirib. Hücumçu hazırda 1, 6 milyon avro (təxminən 2,8 milyon manat) dəyərində qiymətləndirilir.

Bu göstərici ilə o, klubunun ən bahalı oyunçusudur və "Fatih Karagümrük"ün forvardı Uesli Moraes ilə liderliyi bölüşür.

Top
0.043390035629272