Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) yeni baş katibi seçilib.
Kriminal.Az xəbər verir ki, bu barədə qərar federasiyanın 2024-cü ilin yekunlarına həsr olunmuş tədbirində açıqlanıb.
Hazırkı baş katib Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasına prezident seçildiyinə görə, ARAF-ın yeni baş katibi vəzifəsinə yeganə namizəd olaraq Emil Seyidov irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, E.Seyidov ARAF-ın yeni baş katibi seçilib.