Sosial şəbəkələr həm də satış platformasına çevrilib. Bir çox məhsulların satışı "Instagram", "TikTok" və digər sosial şəbəkələr üzərindən həyata keçirilir.
Satış prosesinə birbaşa nəzarət olmadığından, məhsulun keyfiyyəti də sual altındadır. Xüsusilə bəzi qidalar var ki, tərkibi və saxlanma şəraiti düzgün olmadıqda, ağır fəsadlar verə bilər.
Ev şəraitində hazırlanan məhsullar daha çox qış aylarında istifadə olunur. Bəzi insanlar meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, digər aylarda da istifadə etmək üçün həmin məhsulları məişət şəraitində konservləşdirirlər.
Ekspert Eyyub Hüseynov deyir ki, torpaqla təmasda olan kənd təsərrüfatı məhsullarında təhlükəli bakteriyalar mövcud ola bilər və bu da sağlamlıq üçün təhlükə yaradır.
Daha ətraflı Xəzər TV-nin süjetində: