İngiltərənin "Mançester Siti" klubu futbolçusu Erlinq Holandla müqavilənin müddətini uzadacaq.
Kriminal.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun yeni sözləşməsi 2034-cü ilin yayınadək nəzərdə tutulacaq.
Norveçli forvardın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, 2022-ci ildən "şəhərlilər"in formasını geyinən Erlinq Holand iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə ölkə kubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.