Məşhur yazıçı Stiven Kinq sosial media səhifəsində 2025-ci il "Oskar" mərasimini ləğv etməyə çağırıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.
O, ABŞ-nin Los-Anceles şəhərində fəlakətli yanğınların yaşandığı bir vaxtda belə bir tədbirin keçirilməsinin düzgün olmadığını bildirib. Yazıçı etiraz əlaməti olaraq bu il "Oskar"da səs verməyəcəyini də bildirib.
"Bu il "Oskar"da səs verməyəcəyəm. Fikrimcə, o ləğv edilməlidir. Los-Anceles alovlanan bir vaxtda bər-bəzəyin yeri yoxdur", - o bildirib.