Ötən gün vəfat edən "Azersun Holdinq" şirkətinin rəhbəri, "Qarabağ"ın fəxri prezidenti Abdolbari Gozalin dəfn yeri məlum olub.
Kriminal.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 76 yaşında Dubayda dünyasını dəyişən tanınmış iş adamının dəfn mərasimi də elə bu şəhərdə təşkil olunacaq.
Mərhumun dəfn mərasimi bu gün sübh namazından sonra planlaşdırılmışdı.
Abdolbari Gozalin Bakıda da yas mərasimləri nəzərdə tutulub.
Qeyd edək ki, Gozal ailəsi Bakı ilə yanaşı, Dubayda da yaşayır.