Sosial şəbəkələrdə Sumqayıt şəhəri ərazisində yanğın baş verməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Vurğulanıb ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Şükufə Süleymanlı