kriminal.az
VAZ

Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Kriminal.Az-a məlumat daxil olub.

Qeyd edilib ki, VAZ-2106 minik avtomobilinin "Shacman" markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan şəxsin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

"Yanvarın 21-də saat 10:00-da Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1988-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, travmatik şok diaqnozu qoyulub. Hazırda vəziyyəti kritik ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Top
0.047254085540771