kriminal.az
ABŞ-də qızıl medal qazanan 13 yaşlı qız:

"Mənim boş vaxtım çox olmur. Hazırda alman, fransız dillərini öyrənirəm. Azərbaycan, rus, ingilis dillərində danışıram. Bununla belə bəzi hobbilərimə də zaman ayırıram".

Kriminal.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin Texas ştatının Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təbiət elmləri fənni üzrə qızıl medal qazanmış Mətanət Mustafayeva deyib.

O, ilkin olaraq həyəcanlı olduğunu, lakin sonradan qalib gəldiyini eşidəndə çox sevindiyini deyib.

M.Mustafayeva bildirib ki, olimpiadada iştirak etmək üçün heç bir xüsusi hazırlığa getməyib:

"Anamın olimpiada haqqında elanı göstərməsi ilə özümü sınamaq qərarına gəldim. Məktəb biliklərimlə oplimpiadaya qoşuldum. Sadəcə olaraq 1 həftə öncə bilmədiyim mövzulara hazırlaşdım. Gələcəkdə hüquqşünas olmaq istəyirəm".

M.Mustafayevə deyib ki, onun ABŞ-nin bəzi yerlərini gəzmək fürsəti də olub: "Orada bizi universitet və məktəblərə, muzeylərə apardılar. Ən çox sevdiyim isə NASA-ya getməyimiz oldu".

Həmsöhbətimiz deyib ki, uğurlu olmaq o qədər də çətin deyil:

"Bunun üçün çox çalışmalı, dərslərə diqqət etməli və hər şeyi vaxtında öyrənməlisən. Mənim boş vaxtım çox olmur. Hazırda alman, fransız dillərini öyrənirəm. Azərbaycan, rus, ingilis dillərində danışıram. Bununla belə bəzi hobbilərimə də zaman ayırıram. Belə ki, pianoda ifa edirəm, şahmat oynayıram, rəsm çəkirəm".

Qeyd edək ki, "Global Olympiad Center"in təşkilatçılığı ilə azərbaycanlı məktəblilər ABŞ-nin Hyuston şəhərində keçirilən Fizika-Astronomiya və Təbiət Elmləri üzrə Beynəlxalq Kopernik Olimpiadasında uğur əldə ediblər. Onlardan biri də qızıl medal qazanan Mətanət Mustafayevadır.

Daha ətraflı videomaterialda:

ABŞ-də qızıl medal qazanan 13 yaşlı qız: "Məktəb biliklərimlə, hazırlaşmadan qalib olmuşam"

Top
0.046166181564331