Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Kriminal.Az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Bildirilib ki, yanvarın 24-də saat 9:00-a olan məlumatına əsasən hava şəraiti ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Şamaxıda 4, Qobustan, Altıağac və İsmayıllıda 3, Şəki, Oğuz, Şahbuz, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala və Qəbələdə 2 mm olub.
Göyçay, Yevlax, Lerik, Şəmkir, Oğuz, Şamaxı, Qax, Şəki və Qobustanda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.