Göyçayda hamam otağında yanıq xəsarəti alan qadın vəfat edib.
Kriminal.Az xəbər verir ki, yanvarın 16-da Göyçay rayonunda evin hamam otağında su qızdırıcısının partlaması nəticəsində üzərinə qaynar su tökülərək xəsarət almış 34 yaşlı Sevinc Cəfərova müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, Sevinc Cəfərovaya ilkin tibbi yardım və reanimasiya tədbirləri göstərildikdən sonra ixtisaslaşmış müayinə və müalicə məqsədilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunmuşdu. Onun vəziyyəti qiymətləndirilirdi.
Aləmdə Nəsib