kriminal.az
Polisə tabesizlik göstərib qaçan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda motosiklet sürücüsünün polisə tabesizlik göstərib yüksək sürətlə hadisə yerindən qaçmasına rəsmi reaksiya verilib.

Bakı Şəhər DYP İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirib ki, videogörüntü bir müddət əvvəl qeydə alınıb.

"Polisin qanuni tələbinə əməl etməyən sürücü barəsində qanunamüvafiq tədbir görülüb", - deyə baş inspektor bildirib.

Bakıda motosiklet sürücüsü polisə tabesizlik göstərib, yüksək sürətlə hadisə yerindən qaçıb.

Kriminal.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdən aydın olur ki, Dövlət Yol Polisi əməkdaşı qaydaları pozan motosikleti saxlayır, lakin buna məhəl qoymayan sürücü polisə tabe olmayaraq, saatda 160 km sürətlə ərazidən qaçır.

Həmin görüntüləri təqdim edirik:

Top
0.059499979019165