Məşhur türkiyəli aktyor Çağatay Ulusoy yaxın zamanda "Eşref Rüya" serialı ilə ekranlara qayıtmağa hazırlaşır. Lakin onun iş yerində tətbiq edəcəyi yeni qayda diqqət mərkəzinə düşüb.
Kriminal.Az-ın "Habeк Global"a istinadla verdiyi məlumata görə, o, iş qrafikini dəyişdirərək işdə keçirdiyi vaxtı azaltmağı üstün tutub.
Türkiyəli ulduz buna səbəb kimi sevgilisi Aslıhan Malboraya və ailəsinə daha çox vaxt ayırmaq istəyini göstərib.
Qeyd edək ki, "Eşref Rüya" serialında Demet Özdemirlə baş rol oynayacaq Çağatay Ulusoy bir müddət əvvəl hər seriya üçün 3.5 milyon lirə alacağı barədə xəbərləri də təkzib edib.
"Bununla bağlı nə deyə bilərəm? Hər şeyə inanmayın", - deyə o, yayılan məlumata münasibət bildirib.