kriminal.az
Vəzifəli şəxs ağır qəzada HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Kriminal.Az APA-ya istinadən məlumat verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb.

VAZ markalı avtomobillərin toqquşması nəticəsində 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi və oranın digər əməkdaşı Şorsulu kənd sakini, Mustafa Əhmədov hadisə yerində ölüblər.

Yaralılar Cəlal Ceyhun oğlu Quliyev və Samid Eldəniz oğlu Zeynalov isə Salyan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Top
0.048949956893921