Yeddi yaşlı Xəyal ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Kriminal.Az-a onun anası Gülnar Abdulova məlumat verib.
O qeyd edib ki, Xəyal qan xərçəngindən əziyyət çəkir:
"İl yarımdır ki, Xəyal yaşamaq uğrunda ağır xəstəliklə mübarizə aparır. Ona ilik köçürülməlidir. Türkiyədə "Ege" Universitetinin xəstəxanasında müalicə alırıq. Donor tapılıb. Amma maddi gücümüz əl vermir ki, ona ilik köçürülsün. Xəyal evin tək uşağıdır. 7 ildən sonra doğulub. Övladımı itirmək istəmirəm. Hər gün qorxu ilə yaşayıram. Onu itirməyə dözə bilmərəm. Xalqımdan xahiş edirəm, bizə əl uzatsın. Xəyala ilik köçürülməsi üçün bizə 30 min manat lazımdır. Balamı ölməyə qoymayın".
Əlaqə nömrəsi: (051) 704-41-64.
Kart: 4169738868316781