Sumqayıt şəhərinin və paytaxtın Suraxanı rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Kriminal.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri, Bakı küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 31.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin (Stansiya Sumqayıt, Baxçaşəhər, Akasiya MTK-lar, 39, 41, 41a, 44, 76-cı məhəllələr , 3, 4, 8, 9, 10, 11, 12, 17-ci mikrorayonlar və 18-ci mikrorayonun bir hissəsi), həmçinin Suraxanı rayonunun (Məşədi Əzizbəyov, Göl, Vahid Xəlilov və 14 iyul küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.