kriminal.az
9 yaşlı uşaq zəhərlənib öldü

Şamaxı sakini naməlum səbəbdən zəhərlənmə ilə xəstəxanada ölüb.

Kriminal.Az APA-ya istinadən verir ki, bu gün 2016-ci il təvəllüdlü Şamaxı sakini Maksud İman oğlu Cəbrayıllı ağır zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Top
0.047027111053467