Şamaxıda bədbəxt hadisə baş verib.
Kriminal.Az APA-ya istinadən xəbər verir ki, Şamaxının Birinci Çaylı kənd sakini, səkkiz aylıq körpə Yusif Nurlan oğlu Bəşirov evdə oynayarkən sobanın üzərində olan qaynar su üzərinə dağılıb.
Hadisə nəticəsində ağır bədən yanıqları alan körpə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.