kriminal.az
Xəzər dənizində itkin düşən balıqçının meyiti aşkarlanıb

Xəzər dənizinin Lənkəranın Siyavar kəndinə düşən sahilində meyit aşkarlanıb.

Kriminal.Az "Report"a istinadən xəbər verir ki, tapılan meyitin bir müddət əvvəl balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.

Top
0.050682067871094