kriminal.az
Lənkəranda evi yanan vətəndaşa çadır qurulub

Lənkəran rayonunun Sinovli kəndində fərdi yaşayış evi yanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) kənd sakini Cabir Sərdar oğlu Şıxcanova məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Lənkəranda evi yanan vətəndaşa çadır qurulub

Top
0.067811012268066