kriminal.az
Sərxoş kişi kanalda boğuldu

Sabirabad sakini su kanalında boğularaq ölüb.

Kriminal.Az "Report"a istinadən xəbər verir ki, hadisə Kovlar kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Elçin Fərzalı oğlu Fərzəliyev su kanalına düşərək boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, o, sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Top
0.047434091567993