kriminal.az

"Regional İnkişaf" İctimai Birliyi (RİİB) "Azad Mirzəcanzadənin İnkişaf Proqramı"nın növbəti mərhələsinə start verir.

Kriminal.Az xəbər verir ki, bu proqram görkəmli alim Azad Mirzəcanzadənin unikal tədris üslubu, insanların istedadını üzə çıxarmaq bacarığı və yaradıcı yanaşmalarından ilhamlanaraq həyata keçirilir. Məqsəd, paytaxt və regionlardan çevik düşüncə tərzi, innovativ yanaşma və dayanıqlı gələcəyə töhfə vermək arzusu ilə seçilən istedadlı gəncləri üzə çıxarmaq və onların inkişafını dəstəkləməkdir.

Proqram çərçivəsində seçilən ən yaxşı layihə müəlliflərinə 5 000 manatadək maliyyə dəstəyi təqdim olunacaq. Bununla yanaşı, iştirakçılar peşəkar təlimlərdə iştirak edəcək, layihələrin hazırlanması və təqdimatı üzrə biliklərini artıracaq, həmçinin liderlik bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif fəaliyyətlərdə iştirak edəcəklər.

Proqrama 18-35 yaş arasında olan hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. Təqdim olunan layihələr müxtəlif mövzuları və istiqamətləri əhatə edə bilər, sosial və ya sahibkarlıq sahələrdən tutmuş, daha geniş spektrdə olan təşəbbüslərə qədər.

Qeyd edək ki, proqram 2023-cü ilin sentyabr ayında elan edilib və ilk 6 qalib artıq layihələrini uğurla tamamlayıb. Sosial, ekoloji, maarifləndirici və innovativ sahələri əhatə edən bu layihələr proqramın həm yenilikçi yanaşmaları dəstəklədiyini, həm də cəmiyyətə real təsir göstərdiyini bir daha sübut edir.

Qeydiyyat üçün sadəcə linkə daxil olub forumu doldurmaq kifayətdir.

Son müraciət tarixi: 28 fevral 2025.

Yeni ideyası olanlar fürsəti qaçırmasınlar. Qatılın, yeni biliklər əldə edin və unikal proqramın bir parçası olun.

Əlavə məlumat üçün "Regional İnkişaf" İctimai Birliyinin 150 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Top
0.047771215438843