Səhiyyə naziri Teymur Musayev bir qrup cərrahın lisenziyasının ləğv edilməsi ilə bağlı əmr imzalayıb. Lisenziyası ləğv edilən tibb işçilərinin siyahısında Rəna Quliyeva da yer alıb. Maraqlı məqam isə həmin həkimin dərs deməsi ilə bağlıdır. Sertifikasiya şəhadətnaməsi ləğv olunan həkim dərs keçə bilər?
Səhiyyə Nazirliyindən Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sertifikasiya şəhadətnaməsi həkimin praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edir.
"Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi ləğv olunan hər hansı həkimin ixtisasına uyğun dərs deməsi üçün qanunvericilikdə heç bir qadağa yoxdur" , - nazirlikdən bildirilib.
Aygün Mirakif