kriminal.az
BMT-də yeni sədr təyinatı

Yaponiyalı hakim Yuci İvasava BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun press-relizində bildirilib.

İvasava yanvarın 14-də Livanın baş naziri olmaq üçün vəzifəsini tərk edən Navaf Salamın işindən ayrılmasından sonra həmkarları tərəfindən bu vəzifəyə seçilib.

Qeyd edək ki, Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Yeni sədr İvasava da məhz bu tarixə qədər sədr vəzifəsini icra edəcək.

İvasava 2018-ci il iyunun 22-dən məhkəmənin üzvüdür. Daha əvvəl o, Tokio Universitetində beynəlxalq hüquq üzrə professor vəzifəsində işləyib və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.

Top
0.051486015319824